Texnologiya 21:50 20.02.2021

Vatsapdan yeni qaydaları qəbul etməyənlərə xəbərdarlıq

Vatsap sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqin funksiyalarını məhdudlaşdıracaq.

Qaynarinfo "qazeta.ru"ya istinadla xəbər verir ki, 15 may tarixinədək istifadəçilər bu qaydaları qəbul etməyə bilər. Qeyd edilən tarixdən sonra isə votsap tətbiqdən mesajları oxuma və göndərmə funksiyalarını məhdudlaşdıracaq. Bundan əlavə, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin qeydiyyat hesabını silə bilər.

Xatırladaq ki, vatsap qeydiyyat müqaviləsinə fərdi məlumatların feysbuka (Facebook) köçürülməsinə dair bənd əlavə edərək istifadəçilərinin tənqidinə səbəb olub.