Müştərilərə təqdim etdiyi xidmət kanallarının inkişafına daim önəm verən Bank Respublika daha bir yenilik etdi. Artıq ölkədaxili pul köçürmələri etmək istəyənlər Azərbaycanın 3000-dən çox nöqtəsində yerləşən Milli Ön ödəmə terminallarında "Vektor” pulköçürmə sistemindən yararlana biləcəklər.
Köçürmə əməliyyatını yerinə yetirmək üçün MilliÖN terminalının ekranında "Banklar və Sığorta” - "Bank Respublika” bölməsinə daxil olub "Vektor” sistemi seçilir. Bu bölmədə mobil nömrənizi daxil edib bank adından gələn SMS kodunu növbəti xanaya daxil etmək lazımdır. Sonrakı mərhələdə isə pul köçürmənin alıcısının S.A.A. göstərib vəsaiti MilliÖN terminalına daxil etmək kifayətdir.
Pulköçürmə əməliyyatı yerinə yetirildikdən sonra müştəriyə ID nömrəli çek verilir. Həmin nömrəni təqdim etdikdə, Bank Respublika-nın uyğun filialından göndərilən vəsaiti almaq mümkündür.
Müştərilər MilliÖn terminalları vasitəsilə vəsaiti həm nağd almaq məqsədilə, həmçinin "Vektor” bank kartına "Vektor” təcili pulköçürmə sistemi ilə əməliyyatlarını apara bilərlər. MilliÖn terminalları vasitəsilə "Vektor” kartına pul köçürmək üçün, pulu alanın şəxsiyyət vəsiqəsinin nömrəsi və kartın son 4 rəqəmini qeyd etmək tələb olunur.
Vektor sistemi üzrə pulköçürmə əməliyyatları yalnız ölkə üzrə milli valyutada aparılır. Maksimal məbləğ 3000 manat təşkil edir. "Vektor” Kartını rəsmi internet səhifəsində
www.bankrespublika.az həmçinin bankın istənilən filialında sifariş etmək olar.
Şərhlər