Venesuelada 3 xarici jurnalist və bir sürücü həbs edilib.
Qaynarinfo xəbər verir ki, Kolumbiyadan olan fotomüxbir Leonardo Munoz və venesuelalı sürücüsü Xose Salas hökumət əleyhinə nümayişləri qeydə alarkən saxlanılıb. İspan jurnalist Qonzalo Dominqez Loeda və kolumbiyalı müxbir Mauren Barriqa Varqas paytaxt Karakasda qaldıqları hoteldə həbs edilib. İspaniya hökuməti EFE agentliyində çalışan jurnalistlərin dərhal azad edilməsini tələb edib.
Gülşən
Şərhlər