Xəbər lenti

Venesuelada dağıdıcı zəlzələ: 32 nəfər öldü (YENİLƏNİB)
Dünya 09:30 25.06.2026

Venesuelada dağıdıcı zəlzələ: 32 nəfər öldü (YENİLƏNİB)

Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində ilkin məlumata görə, azı 32 nəfər olub.

Qaynarinfo xəbər verir ki, bunu respublikanın səlahiyyətli prezidenti Delsi Rodriqez bildirib.

Onun sözlərinə görə, bu təbii fəlakət nəticəsində 700 nəfər zərər çəkib.

Paytaxt Karakasın Çakao bələdiyyəsinin meri Qustavo Dukev isə deyib ki, binaların dağıntıları altından 18 nəfər sağ çıxarılıb.

Xatırladaq ki, Bakı vaxtı ilə cümə axşamı gecəsi Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) sonradan 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib.

09.00

Venesuelada 7 maqnitudalı zəlzələ paytaxtda, bir neçə ştatda dağıntılara və tələfatlara səbəb olub.

Qaynarinfo-nun məlumatına görə, daxili işlər naziri Diosdado Kabello bu barədə "Venezolana de Television" telekanalının efirində bildirib.

"Təəssüflə bildirirəm ki, 7 maqnitudalı zəlzələ Araqua, Karabobo, Miranda, Truxilyo və Yarakuy, eləcə də La-Quayra ştatında və Karakasda hiss olunub, çünki zəlzələ güclü olub", - daxili işlər naziri deyib.

Karakasdakı Altamira və Palos Grandes seysmik cəhətdən aktiv ərazilərində yaşayış binaları da daxil olmaqla bir neçə bina uçub və insan itkiləri ilə nəticələnib. Kabelyo əlavə edib ki, paytaxtın digər ərazilərində də dağıntılar olub və ölüm halları qeydə alınıb.

Nazir bildirib ki, xilasetmə xidmətləri, yanğınsöndürənlər, polis bölmələri və mülki müdafiə könüllüləri zədələnmiş binaları təmizləyir və zərərçəkənlərə yardım göstərirlər. O, vətəndaşları zədələnmiş binaları tərk etməyə, yaralılara kömək göstərməyə və nəqliyyata mane olmamağa çağırıb.

Qeyd edək ki, Venesuela hakimiyyəti fövqəladə vəziyyət elan edib.
--> -->