Futbol üzrə dünya çempionatının B qrupunda mübarizə başa çatıb.
Qaynarinfo xəbər verir ki, III turun oyunları bu gecə keçirilib. "BC Palace" stadionunda keçirilən qarşılaşmada turnirin ev sahiblərindən Kanada İsveçrə ilə üz-üzə gəlib. Oyunda Avropa təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
İsveçrənin qollarını Ruben Varqas (46) və Joan Manzambi (57) vurublar. Kanadanın heyətində isə Promis Akinpelu (76) təsəlli qoluna imza atıb.
Bu qələbə sayəsində İsveçrə B qrupunu 7 xalla lider tamamlayıb. Kanada isə 4 xalla ikinci olub.
Qrupun digər oyununda Bosniya və Herseqovina Qətər millisi ilə qarşılaşıb. Sietl stadionunda keçirilən matçda avropalılar 3:1 hesablı qələbəyə seviniblər.
Bosniyalıların heyətində Kerim Alaybeqoviç (29), Sultan Əl-Brake (34-öz qapısına) və Ermin Mahmiç (80) fərqləniblər. Qətərin tək qolu isə Həsən Əl-Heydos (42) aktivinə yazılıb.
Bu qələbə sayəsində Bosniya və Herseqovina B qrupunu 4 xalla üçüncü sırada başa vurub. 1 xala malik Qətər isə mundialla vidalaşıb.
Şərhlər