Bu gün Venesuelada növbədənkənar prezident seçkiləri keçirilir.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 20,3 milyon seçicinin olduğu ölkədə 4 namizəd prezidentlik uğrunda mübarizə aparır. Bu şəxslər hazırkı prezident Nikolas Maduro, Enri Falkon, Reynaldo Kixada və Xavier Bertuççidir. Nikolas Maduronun favorit olduğu seçkilərin bu ilin dekabrın keçirilməsi gözlənilirdi.
Qeyd edək ki, Venesuelada iqtisadi böhran hökm sürür. Ölkənin kasıb ərazilərində yaşayan uşaqların 70%-i aclıqdan əziyyət çəkir. Ötən il böhrana qarşı kütləvi etirazlar müşahidə edilmişdi.
Gülşən
Şərhlər