Çin höküməti biometrik səs bazası üçün vətəndaşların səslərini qeydiyyata almağı və səs məlumat bazası yaratmağı planlaşdırır.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İnsan Haqqları Monitorinq Təşkilatı məlumat bazası yaratmaq üçün Çin rəsmilərinin danışma-tanıma şirkəti "iFlytek" ilə səsləri tanıyan texnologiya sistemi üzərində çalışdığını bildirib.
Təşkilatın sədri Sofi Riçardson bildirib ki, Çin höküməti hədəf kütlənin kimlərdən ibarət olacağını və necə müəyyənləşdiriləcəyini tərtib edən proqramla on minlərlə insanın səsini toplamağı planlaşdırır.
Qeyd edək ki, hökümət vətəndaşlar barədə məlumatların olduğu bazaya sahibdir. Bazada 40 milyon insanın DNK-sı və 1 milyarddan çox insanın məlumatları var.
Gülşən
Qaynarinfo.Az
Şərhlər