Ölkə 14:34 22.05.2023

Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər orqanlarında yeni təyinat olub.

Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Müfiq Qubadov tutduğu vəzifədən azad olunaraq Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, M.Qubadov bundan əvvəl Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsi, Nəsimi və Suraxanı Rayon Polis İdarələrində yüksək vəzifələrdə çalışıb.