Vladimir Zelenski Azərbaycana səfərə hazırlaşır

Vladimir Zelenski Azərbaycana səfərə hazırlaşır

Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycana səfərə hazırlaşır.

Bu barədə məlumat sentyabrın 23-də Kiyevdə keçirilən "Yeni parlamentin gündəliyi: vətəndaş cəmiyyəti, biznes və hakimiyyət sahəsində dialoq” forumunda diqqətə çatdırılıb. 

Forumda prezidentin müşaviri, Bleyzer Beynəlxalq Fondunun icraçı direktoru Oleq Ustenko da iştirak edib.

Media.Az saytının Kiyevdəki bölgə müxbiri ilə söhbətində Ustenko Ukrayna prezidentinin Bakıya səfərə hazırlaşdığını bildirib. Hələlik, səfərin tarixi bəlli olmasa da, amma işgüzar səfərlərin qrafikində Azərbaycan da yer alıb.

Ukrayna prezidentinin müşaviri deyib ki, Kiyev Bakını özünə strateji müttəfiq bilir. Söhbət təkcə energetika sahəsindəki əməkdaşlıqdan getmir. Siyasət, biznes, mədəni mübadilə və təhsil sahələri də bura aiddir. Bundan başqa, Ukraynada güclü Azərbaycan diasporu var.

XƏBƏRLƏR
BLOGLAR