"BakuBus” MMC "Azmedicon” MMC ilə staınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 400 586.4 AZN təşkil edən müqavilədə "BakuBus”un sürücülərinin səyyar yoxlama yerlərində və MMC-nin inzibati binasında tibbi baxış və alkoqol testlərinin keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Azmedicon” MMC 11 avqust 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 24 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 68, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Ehtiram Tofiq oğludur.
Açıq mənbələrdə nə şirkət, nə də qanuni təmsilçisi barədə məlumat var. Baxmayaraq ki, şirkət 17 ildir fəaliyyət göstərir.
Seyid
Şərhlər