Maqazin 10:05 12.10.2021

Vüsalə qardaşının vəfatından sonra ilk dəfə efirə çıxdı (VİDEO)

Bir müddət əvvəl qardaşı vəfat edən Vüsalə Əlizadə yeni mövsümdə ilk dəfə efirə çıxıb.

Vüsalənin ilk verilişi zamanı onu studiyaya həmkarı Zaur Baxşəliyev dəvət edib. O, Əlizadəyə qardaşının vəfatı ilə bağlı başsağlığı verib və ona proqramının yeni buraxılışlarında uğurlar arzu edib.

Vüsalə isə uzun müddətdən sonra ilk dəfə tamaşaçıları salamlayaraq verilişinə start verib.

Əlizadə sosial şəbəkə hesabında qardaşı Əlihüseyn Əlizadənin məzarından fotolar paylaşıb. O, qardaşının vəfatından 2 ay 20 gün keçdiyi, lakin bu müddətin ona 20 il kimi gəldiyini bildirib:

"Hər gəlişim bir başqa acılı, nisgilli, şikayətli niyələrlə doludur. Bu gün 2 aylıq 20 ilə bədəl acımı, can yanğımı, mənə ehtiyacla baxan gözləri, qalx deyən içimdəki gücü toparlayıb hesabat verməyə gəldim görüşünə. 9 il əvvəl, əlimin içində körpə bir əl məni bağrına basıb: "Sən bacaracaqsan, güclüsən, səni mən tanıyıram, qulağını kar, gözünü kor, dilini lal edəcəksən, arxanda mən varam. Sən bu gündən bacım yox, qardaşımsan" demişdin.

Yoxluğun həyatımı alt-üst etdi, amma yenə də sənə söz verdiyim kimi, lal, kar, kor həyata davam edəcəyəm, anamıza, balalarımıza, sənin adına, mənə həvalə etdiyin əmanətlərinə, arzularına görə… Yanına gələn günə qədər bu yük mənim həyat borcumdur. Borcumu ödəmək üçün uzun bir yola çıxıram, sınaqlarla dolu, acılardan, zərbələrdən yoğrulub daha güclü, iradəli və iddialı, sənin kimi, sənə yaraşacaq tərzdə.

Xatırladaq ki, aparıcının qardaşı Əlihüseyn 2 ay əvvəl avtomobil qəzasında ölüb./Baku.ws