Xalq artisti Brilliant Dadaşova artıq bir neçə aydır ki, bağ evini satışa çıxardığını deyib.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, buna səbəb müğənninin yeni bir villa tikdirməsi olub.
Sənətçi aylardır satışa çıxardığı evinə hələ də müştəri tapa bilməyib. Məlumata görə Dadaşova sözügedən bağına 370 min manat qiymət qoyub.
Qeyd edək ki, B.Dadaşova hələ 2016-cı ildən bağını satışa çıxardığını demişdi. Həmin vaxt sənətçi bağa 200 min dollar qiymət qoymuşdu. O bildirib ki, Buzovna qəsəbəsində yerləşən evi atası Süleyman Dadaşov tikdirib.
Şərhlər