Xəbər lenti

Xalq artisti mediadan niyə qaçır? - "Danışmaq istəmirəm"
Sənət17:19 25.09.2025

Xalq artisti mediadan niyə qaçır? - "Danışmaq istəmirəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Doğrudanda mediadan qaçıram, çalışıram ki, müsahibələr verməyim. Danışmaq istəmirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Zemfira Nərimanova deyib. Aktrisa susmağın tərəfdarı olduğunu bildirib:
"Məni harda görsələr nəsə yazırlar, amma bunların heç birinə fikir vermirəm. Axşam da Səidə Quliyevanın övladının toyunda idik, həmin foto da toyda çəkilib. Orada da heç nə danışmadım".
Aktrisa bu mövsümdə yaradıcılıq uğurlarından da danışıb:
"Rollarım var. Yeni tamaşalar da hazırlanır. Ümid edirəm ki, həmin əsərlərdə də rol alaram".
Bahar Rüstəmli