Xalq artisti Rüstəm İbrahimbəyovla əməkdaşlığa son qoydu (VİDEO)
Rüstəmİbrahimbəyovun ssenarı müəllifi olduğu "Qafqaz üçlüyü" filmi ətrafında qalmaqal davam edir.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, bu məsələyə görə xalq artisti Fəxrəddin Manafov Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdiyini bildirib. Azərbaycan Dövlət Televiziyasının "Günün Nəbzi" verilişinin qonağı olan xalq artisti adıçəkilən ittifaqı sərt tənqid edib:
"Mən fiziki olaraq o qurumla əlaqədə deyiləm. Mən o qurumun rəsmi nümayəndəsinə zəng etdim. Çox təkidlə ona dedim ki, mən de-faKto orda yoxam, de-yuro məni ordan xaric eləyin. Mən bundən sonra o qurumda iştirak etmək fikrində deyiləm. Mən inanmıram ki, bu cür ağır məsələdən sonra o qurumda azərbaycanlılardan kimsə qalsın. O qurumda artıq heç kəs qalan deyil".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər