Xəbər lenti

Xalq artistinin səhhəti pisləşdi: xəstəxanaya aparıldı
Sənət 15:05 02.06.2018

Xalq artistinin səhhəti pisləşdi: xəstəxanaya aparıldı

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun səhhətində yenidən problemlər yaranıb. Diktor dünən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına aparılıb.

Xalq artisti səhhəti ilə bağlı yenicag.az-a açıqlama verib:

"Dünən xəstəxanada müayinə olundum. Qan analizləri götürüldü. Həkimlər böyrəyimə çirk yığıldığını, orqanizmimin çox zəif olduğunu bildirdilər. İndi evdə müalicə alıram. Həkimlər gəzməyi, hərəkət etməyi məsləhət görür. Amma zəif olduğum üçün çox gəzə bilmirəm. Yaş da öz sözünü deyir”.

Qeyd edək ki, diktor sözügedən klinikada bir neçə dəfə ağır əməliyyat olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->