ARB TV-nin "Düz bazar” proqramının budəfəki qonağı jurnalist Tahirə Məmmədqızı olub.
Onkoloji xəstəliyə yaxalanan və yenicə əməliyyat keçirtmiş jurnalist həkimə gec getdiyini bildirib:
"Heç 2 ay deyil ki, əməliyyat keçirmişəm. 8 ay bilirdim ki, vəziyyətim günü-gündən ağırlaşır, amma həkimə getmirdim. O halda getdim ki, ayaqlarım işləmirdi, qanaxmadan zəiflədim, ölümün qapısından salam verib, geri qayıtdım. Hər bir insan ildə 2 dəfə müayinədən keçməlidir”.
Şərhlər