Xəbər lenti

Foto 14:18 24.11.2021

Xərçəngdən əziyyət çəkən tanınmış türk müğənni vəfat etdi (FOTOLAR)

Uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan türk xalq mahnılarının ifaçısı Ərcan Turqut vəfat edib. 

Qaynarinfo xəbər verir ki, Türk xalq musiqilərinə bir vaxtlar öz möhürünü vurmuş Ərcan Turqut xərcəng xəstəliyinə məğlub olub. 

Sənətçinin ölüm xəbərini sənət yoldaşı Səmiha Yanqi verib. 

Ərcan Turqut 1952-ci il oktyabr ayının 7-də Malatyada dünyaya gəlib. O musiqi sənətinə 13 yaşında gəlib. 1974-cü ildə "Olur belə şeylər", "Gülmə qonşuna" adlı albomunu ilk dəfə tamaşaçılarına təqdim edib. Gənc yaşda olmasına rəğmən, güclü səsi ilə öz dövrünə damğasını vuran Turqut Ankara Böyük Şəhər Bələdiyyəsi Orkestrının solisti olaraq fəaliyyətini davam etdirib. 1979-cu ildə çıxardığı "Dönə bilməzsən" adlı albomu ona böyük uğur qazandırıb.

Aidə Dərvişova

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?