"Böyrəyimdə problem var, əziyyət çəkirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında bu gün doğum günü olan tanınmış ictimai-siyasi xadim, filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru, Yazıçılar İttiqafının üzvü Niyazi Mehdi deyib.
O, həftədə 3 dəfə dializə getdiyini bildirib:
"Yaşlı adamam. İnsan yaşlandıqca xəstəliklər yaranır. Demək olar ki, günüm xəstəxanada keçir. Əməliyyata da icazə yoxdur. Həkimlər bunun mümkünsüz olduğunu deyir. Allah hər kəsə kömək olsun, mən də onların arasında".
Niyazi Mehdi Yazıçılar Birliyinin sədri Anar Rzayevdən gileylənib:
"Dostlar-tanışlar hal-əhval tutur, səhhətimlə maraqlanırlar. Amma Yazıçılar Birliyinin sədri Anar müəllimdən xəbərim yoxdur. Hələ mənimlə maraqlamayıb".
Niyazi Mehdi 73-cü doğum günündə özünə sağlam həyat arzulayıb.
Bahar Rüstəmli
Şərhlər