"Azərbaycan bununla bağlı mövqeyini bir az daha konkret qoymalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Araz Aslanlı Ermənistanın dövlət rəsmilərinin Azərbaycan ərazilərinə qanunsuz səfərlərinə aydınlıq gətirərkən deyib. Onun fikrincə, Azərbaycanın dövlət sərhədinin pozulmasına imkan yaratdıqlarına görə Rusiya sülhməramlılarından da bununla bağlı izahat tələb olunmalıdır:
"Artıq Xariçi İşlər Nazirliyi ümumi ifadələrdən konkret ifadələrə keçməli və hərbi-siyasi xarakterli, təxribatçı addımları 10 noyabrdan sonra başlamış danışıqlar prosesini pozan addım kimi qiymətləndirməlidir. Bunu elan eləməlidir. Fərqi yoxdur, Laçın koridorunu, Azərbaycanın dövlət sərhədini hərbi, hansısa silahlı adam pozub, yoxsa mülki geyimli? Azərbaycan bu sərhəd pozulmasını danışıqlar prosesini dayandıran bir addım kimi qəbul etməlidir. Bundan daha sərti odur ki, Laçın koridoru da daxil olmaqla bütün sərhəd zolağı boyunca biz nəzarət edək. Yəni, onda sərhəddən heç kimi buraxmayacağıq".
Araz Aslanlı hesab edir ki, sərhəd zolağına tam nəzarət edənə kimi Ermənistanın dövlət rəsmilərinin Azərbaycan ərazilərinə qanunsuz səfərləri təxribatçı addım kimi qiymətləndirilməlidir.
Qeyd edək ki, bir müddət öncə Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər edib. O, səfər çərçivəsində orada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirib.
Bahar Rüstəmli
Şərhlər