Xəbər lenti

Yalçın Rzazadə Bakıya gətirildi
Sənət 17:04 15.10.2019

Yalçın Rzazadə Bakıya gətirildi

Türkiyədə müalicə olunan Xalq artisti Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə REAL-a Xalq artistinin oğlu Orxan Rzazadə deyib.

"Atam Bakıdadır, səhhəti normaldır. Həkimlər biraz istirahət etməyi məsləhət görüblər, doğmalarının yanındadır. Bir neçə gündən sonra yenidən müalicələrinin davam etdirilməsi üçün Türkiyəyə qayıdacaq".

Y.Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Bu ilin iyul ayında Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, əməliyyat olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->