Artıq hakim Yeni Azərbaycan Partiyası (YAP) öz namizədi, cənab İlham Əliyevin seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün hazırlığa başlayıb.
Bu barədə YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov bildirib.
Ə.Əhmədov deyib ki, bununla bağlı bəzi sənədlər hazırlanır: "Güman edirəm ki, bu gün, uzağı sabah YAP öz namizədinin seçki sənədlərini MSK-ya təqdim edəcək".
Qeyd edək ki, YAP iyunun 7-də keçirdiyi V qurultayında prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.
Qaynar.info
Şərhlər