"Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin yanvar-sentyabr aylarını 7 milyon 712 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 8 milyon 303 min manat xalis mənfəətdən 591,35 min manat və ya 7,1 % azdır.
2025-ci il oktyabrın 1-nə "Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 657,096 milyon manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 15,1 % çoxdur. Aktivlərin 404,912 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdən formalaşır. Bankın kredit portfeli son bir ildə 36,8 % böyüyüb.
Eyni dövrdə bankın öhdəlikləri 15,5 % artaraq 536,095 milyon manata çatıb. Bunun 439,007 milyon manatı depozit portfelinin payına düşür (8,9 % artım). Bankın balans kapitalı isə 13,5 % artaraq 121,001 milyon manat təşkil edib.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki adı "Koçbank Azərbaycan” olub) yaradılıb və 2007-ci ildə rebrendinq edilib. Bankın nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmdarları 3 Türkiyə şirkətidir.
Şərhlər