Xəbər lenti

Azərbaycanda baytar və aqronom qıtlığının səbəbi nədir? - Ekspert
Ekonomiks 12:27 14.10.2025

Azərbaycanda baytar və aqronom qıtlığının səbəbi nədir? - Ekspert

Son illərdə Azərbaycanda baytar və aqronom çatışmazlığı açıq şəkildə hiss edilir. Baytar həkimlərin olmaması heyvandarlığın inkişafına ciddi zərbə vurur. 

Bir müddət əvvəl Hesablama Palatasının hesabatında bu barədə SOS siqnalı verilib. Azərbaycan Aqrar Universiteti isə hər il yüzlərlə baytar və aqronom ixtisasına yiyələn kadr hazırlayır. 

İldə bu qədər kadrın təqdim olunmasına baxmayaraq, hər iki sahə diqqətsiz qalıb. Buna səbəb nədir? 

İqtisadçı ekspert Vahid Məhərrəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan Aqrar Universitetini bitirən kadrlar başqa sahələrə istiqamətlənir:

"Baytar həkim nədir? Bəşəriyyəti müalicə edən şəxs. İndi zaman dəyişib və elm sürətlə inkişaf edir. Aqrar Universitetdə dərs deyən müəllimlərin səviyyəsi, bilik-bacarıqları artırılmalıdır. Orada elə tələbələr var ki, diplom almaq xətrinə oxuyur. Diplom alandan sonra bankda və digər yerlərdə işləyir, əsas odur ki, ali təhsili olsun. Amma gəlin görək orada onların maddi-texniki bazası varmı? Yüksək səviyyəli baytar həkimin yetişməsi üçün maddi-texniki bazası olmalıdır".
 


Vahid Məhərrəmovun fikirincə, bunun üçün maddi-texniki baza ilə yanaşı savadlı müəllimlər, alimlər olmalıdır:

"Tələbələr yaxşı öyrənmək üçün bir müddət təcrübəli kadrların yanında təcrübə əldə etməlidir. Bu, uzun prosesdir. Gənc baytar həkim olmaq üçün daha çox bilgiyə malik olmalıdır. Kənd Təsərrüfatı sahəsi çox mürəkkəbdir. Bəzən görürəm ki, iqtisadçıdan müsahibə alırlar. İqtisadçı nə bilir ki, məhsuldarlığı necə artırmaq, keyfiyyəti necə yaxşılaşdırmaq olar. Hansı tədbirləri həyata keçirtmək lazımdır ki, torpağın münbitliyi bərpa olunsun. Bitkilərin sortu ilə bağlı onların heç bir məlumatı yoxdur. Onlar da efirə çıxıb danışırlar, nəticədə kənd təsərrüfatı batıb gedir. Baytar həkimlər hazırlanmalıdır".

Vahid Məhərrəmov hesab edir ki, xaricə tələbə göndərmək lazımdır:

"Oxuyandan sonar qayıdıb Azərbaycanda biliklərini Aqrar Universitetdə tədris etsinlər və peşəkar mütəxəssislər hazırlasınlar. Biz bunu uzun müddətdir deyirik. Amma dediklərimiz qulaqlara çatmır və problem də dərinləşir. Biz bu sahədə sıfırdan başlamalıyıq. Ali təhsil müəssisələrində dərs deyəcək müəllimləri hazırlamalıyıq. Onu da daxildə hazırlamaq mümkün deyil. Çünki onu daxildə hazırlayacaq səviyyədə müəllimlər qalmayıb”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->