Xəbər lenti

Sabah MSK Ramil Həsənin deputat fəaliyyətinə xitam verəcək
Siyasət 13:31 14.10.2025

Sabah MSK Ramil Həsənin deputat fəaliyyətinə xitam verəcək

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

İclasda Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələ müzakirə olunacaq.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib.

Ramil Həsən APA-ya açıqlamasında vəzifəsinin icrasına sabah - oktyabrın 15-dən etibarən başlaycağını bildirib.

Xatırladaq ki, bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub.//APA

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->