Yaponiyanın Müdafiə naziri Taro Kono Yaponiyada mövcud olan silahların "İskəndər" sinifli Rusiya raketlərini vura bilməsi ilə bağlı suala cavab verməkdən yayınıb.
Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, bu sualı Taro Konoya parlament iclasında keçmiş xarici işlər naziri Seizo Maehara verib.
Maehara qeyd edib ki, Yaponiyanın ölkədə yerləşdirmək niyyətində olduğu Aegis və Aegis Ashore sistemlərinin SM-3 raketləri Rusiya "İskəndər”lərini vurmaq imkanında deyil. Kono buna cavab olaraq ölkənin müdafiəsinə zərər verə biləcəyini əsas gətirərək Yapon raketlərinin texniki məlumatlarını açıqlaya bilməyəcəyini söyləyib. Maehara bu suala özü cavab verməyə hazır olduğunu deyib: "Xeyr, SM-3 onların öhdəsindən gələ bilməyəcək”.
Qeyd edək ki, 2017-ci ildə Tokioda Aegis və Aegis Ashore hava hücumundan müdafiə sistemlərinin Yamaquçi və Akita prefekturalarında yerləşdirilməsi barədə qərar qəbul edilib. Bu silahların dəyəri 2,4 milyard dollar təşkil edir.
Alpər
Şərhlər