Yaponiyada 60 min nəfərin sürücülük vəsiqəsi ləğv edilib.
Qaynarinfo xəbər verir ki, Milli Polis Agentliyinin açıqlamasına görə, vəsiqəsini yeniləməyə gələn 2 milyon 106 min sürücü analiz üçün xəstəxanaya aparılıb. 60 min nəfərə demensiya (yaşla əlaqədar yaddaş və ağlını itirmə) diaqnozu qoyulub. Onların əksəriyyətinin yaşı 75-dən yuxarıdır.
Yaponiyada avtomobil qəzalarının əksəriyyətinin yaşlı sürücülər tərəfindən törədilməsi vəsiqənin yenilənməsi zamanı tibbi arayışın tələb edilməsi barədə qanunun qəbulu ilə nəticələnib.
Ötən ay 90 yaşlı qadın qırmızı işıqda dayanmamış, 4 piyadanı vurmuş, onlardan biri dünyasını dəyişmişdi.
Gülşən
Şərhlər