Məlum olduğu kimi, son illərdə dünyada süni intellekt və texnalogiyada çox mühüm irəliləyişlər əldə edilib. Nəticədə insan əməyi ilə həyata keçirilən peşələr sıradan çıxmaq təhlükəsi ilə üz-üzə gəlib. Belə ki, bir çox istehsalat artıq robotlara köçürülüb, süni intellektdən daha çox istifadə edilməyə başlanılıb. Mütəxəsisslər qeyd edir ki, yaxın illərdə işsizlərin sayı tədricən artacaq, bir çox müasir peşələr tarixə qovuşacaq.
Onlardan bir neçəsini təqdim edirik:
1. Mühasibətçilər və analitiklər: Hazırda dünyada mühasibatla yaxından əlaqəli olan hesablamalar və pul əməliyyatları daha çox rəqəmsal texnalogiya tərəfindən həyata keçirilir. Beləliklə mühasiblər və analitiklər yaxın vaxtlarda işsiz qalacaq, çünki bütün hesablamalar, təhlillər kompüter qeydiyyatı, müxtəlif proqramlar vasitəsi ilə aparılır.
Elektron avadanlıqların dərsliklərinin hazırlanmasından yardım kitabçalarını düzəltmək üçün bir çox işi edən texniki yazıçılar sənətə süni intellektdən əl atacaqlar. Proqramlarla birlikdə cihazların bütün texniki məlumatları cihazların özləri tərəfindən yaradılacaqdır.
2. Texniki yazarlar: Elektrik avadanlıqların dərsliklərinin hazırlanmasından, yardım kitabçalarının düzəldilməsində çalışan texniki yazıçılar da işsiz qalacaq. Çünki artıq bu işi süni intellekt vasitəsi ilə həyata keçirməyə başlayıblar.
3. Katibəlik: Direktorların sağ əli olan katibələrin də artıq işsiz qalmaq təhlükəsi yaranıb. Belə ki, bu işi artıq ağıllı katibələr görməyə başlayıb. Göründüyü budur ki, artıq direktorlar menecerlərin görüşlərini tənzimləyən, xatırlatmanı verən, səyahətləri təşkil edən, elektron poçtlara cavab verən ağıllı katibələrə üstünlük verəcək.
4. Notariuslar: Müəyyən işlərin rəsmiləşdirilməsində rol oynayan notariuslar da texnoloji inkişafdan əziyyət çəkəcəklər. Belə ki, rəqəmsal yazışmalar, elektron imzalar notariusların taxtını sarsıdacaq.
5. İqtisadçılar: Daim təhlillər, pul və valyuta məzənnələrinin içərisində olan iqtisadçılar yerini süni intellekt iqtisadçılara verəcək. Orta və uzunmüddətli meyl analizini düzgün hesablayan süni intellekt proqramları səhmlər və satınalma proseslərində də əhəmiyyətli rol oynayacaq.
6. Satış məsləhətçiləri: Artıq mağazalarda və şöbələrdə real satış məsləhətçiləri yerinə sizlə robotlarla maraqlanacaq. Məhsulların seçimində və axtardığınızı tapmaqda kömək edən robotlar, alış-verişdə də yeni bir dövr açacaq.
7. Əmlakçılar: Əmlkaçılar da artıq süni intellektin təhdidi altındadır. Belə ki, artıq virtual daşınmaz əmlak tətbiqləri ilə indi 3 ölçülü evinizə gedə və evinizi uzaqdan istifadə edilə biləcək təhlükəsizlik və açar sistemləri idarə edə bilərsiniz. (musavat.com)
Şərhlər