Xəbər lenti

Yelena Eyvazlı namizədliyini geri götürdü (AÇIQLAMA)
Siyasət 12:28 26.01.2020

Yelena Eyvazlı namizədliyini geri götürdü (AÇIQLAMA)

Tanınmış jurnalist Yelena Eyvazlı (Sidorenko) namizədliyini geri götürdüyünü təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Yelena Eyvazlı özünün sosial şəbəkə hesabında seçicilərinə müraciət ünvanlayıb. Onun açıqlamasını olduğu kimi təqdim edirik:

"Əziz dostlar və məni dəstəkləyənlər! Təəssüf hissi ilə bildirmək istəyirəm ki, öz namizədliyimi geri çəkmək məcburiyyətində oldum.

Kimsə məni qınayacaq, kimsə isə anlayacaq. Bildirim ki, bu seçki prosesinə mən və komandam xüsusi ilə hazırlaşdıq. Müasir seçki kampaniyasını nümayış etdirməyə çalışdıq. Rəy və fikirlərə görə, bu bizdə alındı.Lakin, ailəmlə məsləhətləşdik və müəyyən problemləri göz önünə alaraq seçki kampaniyamızı dayandırmağa qərar verdik.

Bu günlərdə Lənkəran mənim üçün əsl evə, lənkəranlılar isə ailəmə çevriliblər. Sevinirəm ki, artıq Lənkəranda bir evə deyil, yüzlərlə evə elə öz evim kimi rahat gedə bilərəm. Mən öz gələcək fəaliyyətimdə Lənkəran üçün faydalı olmağa çalışacam. Amma, gözlədiyiniz kimi, Sizin millət vəkili kimi deyil.

Arzu edirəm ki, ölkədə aparılan islahatlar icraçılar tərəfindən vicdanla icra ediləcək və Vətənim, Azərbaycanımız inkişaf edəcək”.

Yelena Eyvazlı əlavə şərh və detallar barədə ona müraciət edilməməsini xahiş edib: "Biz tarix yazdıq, elə tarix olaraq qalsın”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->