Yelo Bank-ın kredit portfeli 10% artıb

Yelo Bank-ın kredit portfeli 10% artıb

Yelo Bank 2020-ci ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Üçüncü rübün sonunda Bankın cəmi aktivləri 442.2 mln manat təşkil edib.

Bankın kredit portfeli 319.5 mln manat təşkil edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 29.5 mln manat, və ya 10% artımından xəbər verir. Kredit portfelinin böyük hissəsi mikro, kiçik və orta bizneslərin kreditləşməsinin payına düşür. 

Hesabat dövrü üzrə depozit portfeli 268.8 mln manat təşkil edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 6.1 mln manat və ya 2.2% daha çoxdur. Bununla belə, ilin əvvəlindən bankın depozit portfeli 8.7% azalıb, bu da öhdəliklərin strukturu ilə bağlı bankın həyata keçirdiyi cari strategiyaya tam uyğundur. 

Nizamnamə kapitalı 2.9% artaraq 358 mln manat səviyyəsinə çatıb. Bankın məcmu kapitalı 54.1 mln manat təşkil edib.

Yelo Bank-ın İdarə Heyətinin Sədri  Nikoloz Şurqaia hesabat dövrü üzrə maliyyə nəticələrini şərh edib: "Hazırki dövrdə əsas vəzifəmiz müştərilərimizin gözləntilərini və ehtiyaclarını  ən yüksək səviyyədə qarşılamaqdır. Bizim üçün müştərilərimiz daim birinci yerdədir. Yelo komandası bankın strategiyasına uyğun olaraq əməliyyatlarımızı dünya standartlarına uyğun transfomasiya etmək üçün yorulmadan, fədakarlıqla çalışır. Biz davamlı olaraq yeni texnologiyalara sərmayə qoyur, qabaqcıl rəqəmsal məhsullar təqdim edir, yeni filiallar açır və parlaq bankçılıq konsepsiyasında müasirləşirik. 
Gördüyümüz məqsədyönlü işlərin nəticəsi müştərilərimizin məmnuniyyəti və maliyyə göstəricilərimizdə öz əksini tapacaq. 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR