Yəmənin şimal-şərqindəki Mareb əyalətindəki ordu yataqxanası raket atəşinə məruz qalıb.
Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəində 70 nəfər ölüb, 50-dən çox hərbçi yaralanıb.
Yəmən ordusu raketlərin "Ənsar Allah” hərəkatı (husilər-red) tərəfindən atıldğını iddia edir. Lakin hərəkat raket atəşinə görə məsuliyyəti üzərinə götürməyib.
Ordudakı mənbə bildirib ki, raketin ballistik olduğu ehtimal edilir.
Şərhlər