Texnologiya 16:08 19.10.2020

Yeni, daha güclü türk PUA-ları və Ukrayna ilə hərbi əməkdaşlıq: Rusiya çox narahatdır...

Bu günlərdə Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri Kiyevin Ankara ilə dərin hərbi inteqrasiyaya hazır olduğunu göstərdi.


Qaynarinfo xəbəb verir ki, Ukrayna liderinin mətbuat xidmətindən verilən məlumata görə, keçən cümə günü Türkiyə ilə türk şirkətlərinə Ukrayna müdafiə sənayesi ilə birlikdə hərbi texnikanın hazırlanmasında və istehsalında iştirak etməyə imkan verən sənədlər paketi imzalanıb. Zelenski Ankarada Kiyevin mühərrik istehsalı, hava hücumundan müdafiə sistemlərinin inkişafı, gəmilərin və pilotsuz hava vasitələrinin (PUA – pilotsuz uçan aparat) istehsalında Qara dəniz qonşusu ilə əməkdaşlıq edəvəyinə inandığını söyləyib.


Zərbə dronlarının birgə istehsalına dair layihələr bu cür hərbi-texniki əməkdaşlığın ən perspektivli sahəsidir. Azərbaycanın Qarabağ cəbhəsində istifadə etdiyi Türk Bayraktar TB2 pilotsuz təyyarələri əhəmiyyətli dərəcədə səmərəlilik göstərib. Ukraynalı siyasətçilərin fikrincə, bunlar Donbas və Krımda "ölkənin ərazi bütövlüyünün bərpası əməliyyatlarında" istifadə edilə bilər.


Ali Radanın keçmiş deputatı Yevgeni Dobryak hesab edir ki, Ukrayna-Türkiyə əməkdaşlığı pilotsuz təyyarələrin tədarükünəcən inkişaf etsə, onlar rahat şəkildə Donbas səmalarında görünə biləcəklər. Bu vəziyyətdə, Dobryaka görə, "Rusiya bir kənara çəkilib qalmayacaq və hava hücumundan müdafiə sistemlərini "mədən respublikaları” üzərinə cəmləyəcək”. Krıma gəlincə, rus ekspertlərinə görə, "o haqda deyəcək bir şey yoxdur: ora Rusiyanındır və orada səma çoxdan ən müasir S-400 hava hücumundan müdafiə sistemləri ilə qorunur. Ancaq Ukraynadan təhdidlər gəlir və Türkiyə də onları üstüörtülü olsa da, dəstəkləyir.

 



Hələ 2019-cu ildə Ukrayna Türkiyənin "Baykar Makina” şirkətindən Bayraktar TB2 hücum dronlarını satın alıb. Uğurlu sayılan sınaqlar aparılıb. Ancaq onlardan Donbasda istifadə edilməyib. 2020-ci il oktyabr ayının əvvəlində "Ukrspeçsxport”un baş direktoru Vadim Nozdrya Ukraynanın Türkiyədən daha 48 Bayraktar TB2 əməliyyat taktiki pilotsuz təyyarəsi alıb birgə istehsalına başlamaq niyyətində olduğunu açıqlayıb; artıq bunun üçün yer də axtarılır.

Bu arada bir sıra amillər Türk-Ukrayna birgə PUA-larının Bayraktar TB2 pilotsuz təyyarəsindən daha üstün taktiki və texniki xüsusiyyətlərə sahib olacağını göstərir. Xüsusilə, Ukrayna mühərriklərindən perspektivli Türk PUA-larında istifadə edilməsi planlaşdırılır. Və bu təcrübə onsuz da mövcuddur, çünki Kiyev və Ankara son bir neçə ildir dronların istehsalında rəsmi bildirilməsə də, əməkdaşlıq edirdilər, lakin bu faş edilmir. 2019-cu ilin avqust ayında sosial şəbəkələrdə Ukraynanın AI-450S turboprop mühərriklərinin quraşdırıldığı Bayraktar Akıncının Bayraktar TB2 türk dronundan daha güclü testləri nümayiş etdirilib.

 

Onların sayəsində Akıncı dronunun yükləmə qabiliyyətinin BayraktarTB2-dən iki dəfə çox olduğu deyilir. Bu dronlar tam bir sutka havada qala bilir, onların yüksəklik həddi isə 12 km-dir. Bu göstərici Bayraktar TB2-dən 4 km çoxdur və onun sursat ağırlığının iki qatına sahibdir. Bəzi texniki və taktiki xüsusiyyətlər (hündürlük, vaxt və istifadə uzaqlığı) ona düşmənin taktiki hava müdafiə sistemlərində yaxalanmamaq imkanı verir. Bu PUA onsuz da strateji bir dron kimi qəbul edilir. Əlbəttə ki, Ankara bu dronlarda daha çox maraqlıdır.


"Qeyd edək ki, Rusiya da strateji zərbə və əməliyyat-taktiki PUA-lar üzərində iş gedir. Ancaq bunların kütləvi istehsalı və istifadəsi hələ müşahidə edilməyib, - rusiyalı hərbi ekspert polkovnik Vladimir Popov "Nezavisimaya Qazeta”ya deyib. - Türk Bayraktar TB2 artıq təkcə Qarabağ münaqişəsində deyil, həm də Suriya və Liviyadakı döyüş əməliyyatları zamanı özünü çox yaxşı təsdiq etdi. Və bir sıra hallarda, Türk PUA-larının istifadəsi bu ölkələrdəki münaqişə bölgələrində Rusiyanın maraqlarına zidd olaraq qiymətləndirilib”.

 



Rus mütəxəssisin fikrincə, Türkiyə silahlarının inkişafı bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynanın NATO-ya üzvlüyünə və Donbass-Krım çərçivəsində ərazi bütövlüyünə verdiyi dəstəklə bağlı açıqlamaları fonunda baş verir:


"Biz Ukraynanı bölgəmizin təhlükəsizliyi və sabitliyi baxımından əsas ölkə kimi qəbul edirik. Və bu çərçivədə Krım da daxil olmaqla Ukraynanın suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəklədik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Türkiyə Krımın ilhaqını tanımadı və tanımayacaq”, - Ərdoğan cümə günü İstanbulda Zelenski ilə görüşündən sonra keçirdiyi brifinqdə deyib.


Mediada gedən xəbərlərə görə, onlar xüsusilə müdafiə və hərbi-texniki əməkdaşlıq sahəsində ikitərəfli əməkdaşlığın inkişaf dinamikasından məmnun olduqlarını bildiriblər. "İki ölkənin müdafiə nazirliklərinə və digər əlaqədar idarələrə qarşılıqlı maraq doğuran bütün layihələrin uğurla həyata keçirilməsini təmin etmələrini tapşırdıq”, - imzalanmış birgə bəyanatda vurğulanır.


Artıq Rusiyanın bu görüş və bu bəyanatdan xeyli narahat olduğu diqqətdən yayınmır:


"Bu bəyanat anti-Rusiya bəyənatı kimi qəbul edilə bilər. Krımın ilhaqı nə deməkdir? Türkiyə Suriyanın əhəmiyyətli bir hissəsini işğal edib, əksər NATO ölkələri qan tökməsini dayandırmağı tələb etdiyi halda onlar Azərbaycanın Qarabağ münaqişəsindəki hərbi hərəkətlərini dəstəkləyir. Eləcə də Türkiyə Donbasda hərbi qarşıdurma yaradan Ukraynanı dəstəkləyir. İndi isə onlar güclü və perspektivli silahlar istehsal edəcəklər - bütün bu qarşıdurmalarda istifadə edilə bilən zərbə PUA-ları. Bu, yalnız Rusiyanın deyil, bütün beynəlxalq birliyin maraqlarına zərbədir”.