Xəbər lenti

Yeni  işə uyğunlaşmaq üçün nə edək? - Psixoloq
Ekonomiks 21:10 09.02.2024

Yeni  işə uyğunlaşmaq üçün nə edək? - Psixoloq

"İnsanların iş yerlərini itirib başqa bir iş yerinə gedərkən uyğunlaşma oluna bilməməsini xəstəlik adlandırmaq düzgün deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. Psixoloq bildirib ki, insanların dünənə kimi işlə bağlı təsəvvürləri tamamilə başqa cür idi:

"Hər bir insan, istər təhsilli, istərsə də təhsilsiz bir işə daxil olurdu və uzun müddət orada işləyirdi. 15 il bir zavodda, 30 il bir qurumda işləyənlər də var idi. Bu, sənaye dövründə olub, indi texnoloji dövrdə yaşayırıq. Eyni zamanda bu gün təhsilə qoyulan tələblər başqa cürdür. Bu gün təhsil ömürboyu öyrənmək mərhələsinə keçib. Ona görə də insan təhsil, bilik və bacarıqlar alırsa şübhəsiz ki, özünü aktuallaşdırmaq istəyir. İş qurur, yaxud da başqa bir işə keçir".
 


Elnur Rüstəmov qeyd edib ki, bəzi insanlar iş yerini dəyişəndə uyğunlaşma prosesini rahat keçir:

"Elə insanlar da var ki, onlar üçün adaptasiya olunmaq çətin olur. Məhz bu üzdən insanlar iş yerini dəyişmək istəmir. Onun üçün prespektivlər var, amma onlar özlərində çətinliklər gördüyünə görə iş yerini dəyişmək istəmirlər, ömürlərinin sonuna kimi yerlərində sayırlar".

Psixoloqun fikirincə, insanlar iş və yaşayış yerlərini dəyişəndə qarşılaşdıqları çətinliklər normaldır:

"Bundan sonrakı mərhələdə isə fərd və cəmiyyət olaraq psixoloyi dayanıqlılığı möhkəmləndirməliyik. Əgər psixoloyi dayanıqlılıq möhkəm olarsa insanlar iş və yaşayış yerini dəyişəndə adaptasiya prosesini asanlıqla keçəcəklər". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->