Xəbər lenti

Yeni Qərbi Azərbaycan-İrəvan dövlətinn bayrağı qəbul edildi (FOTO)
Siyasət 22:58 04.07.2020

Yeni Qərbi Azərbaycan-İrəvan dövlətinn bayrağı qəbul edildi (FOTO)

Hazırda Mühacir Qərbi-Azərbaycan (İrəvan) Hökumətinin iclası keçirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyədə yaşayan azərbaycanlı siyasətçi Aqil Səmədbəyli məlumat verib. O bildirib ki, iclasda Qərbi Azərbaycan-İrəvan dövlətinin bayrağı qəbul edilib.

"4 iyun – Bayraq günü kimi təsdiqləndi. Vətənə, millətə xeyirli olsun”, – deyə o yazıb.

Xatırladaq ki, Mühacir Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə elan edilib.

Artıq mühacir hökumət də formalaşıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->