Siyasət 15:23 16.07.2020

Yeni Xarici İşlər naziri təyin edildi (SƏRƏNCAM)

Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Başqa bir sərəncamla Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad edilib.