İdman 19:58 25.01.2020

Yevgeni Koçuk “Sabah”a transfer olundu

Bakının "Səbail” klubunun sabiq futbolçusu Yevgeni Koçuk karyerasını Azərbaycanda davam etdirəcək. 

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, qış fasiləsində paytaxt təmsilçisindən ayrılan moldovalı futbolçu "Sabah"da çıxış edəcək.

27 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1,5 illik müqavilə imzalayacaq. Y.Koçuk "Sabah”ın qışda heyətinə qatdığı 3-cü futbolçu olub. Onadək Mario Marina və Marko Deviç transfer edilib.

Qeyd edək ki, Y.Koçuk Premyer Liqada "Səbail”in heyətində keçirdiyi 47 oyunda 7 qol vurub.