Yol polisi eyni anda iki qaydanı pozdu (FOTO/VİDEO)
Oxucularımızdan biri 12.02. 2019 tarixində Quba rayonu ərazisində 99 YP 196 dövlət qeydiyyat nişanlı xidməti avtomobili idarə edən YPX əməkdaşının yol hərəkəti qaydalarını pozduğunu əks etdirən videogörüntünü saytımıza göndərib.
Qaynarinfo xəbər verir ki, YPX əməkdaşı mobil telefonla danışa-danışa yol ayrıcını keçmə qaydasını pozur.
Bu hala görə İXM 342.6 maddəsinə əsasən 50 manat və 327.2 maddəsinə əsasən 3 bal 60 manat cərimə nəzərdə tutulub. Eyni anda iki qayda pozuntusuna yol verən sürücü ən yuxarı məbləqdə nəzərdə tutulan maddə ilə cərimə olunmalıdı.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər