ABŞ-ın Florida ştatında zəhərli yosunlar səbəbilə bəzi ərazilərdə fövqəladə vəziyyət elan edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın valisi Rik Skott məlumat verib. Balıqların kütləvi şəkildə ölümünə, ətrafdakı restoranların boşalmasına, turistlərin ərazini tərk etməsinə səbəb olan yosunlarla mübarizə məqsədilə 100 min dollarlıq büdcə ayrılıb. Turistlərin ştatı tərk etməsinə görə zərər çəkən sahibkarlara dəstək üçün isə 500 min dollarlıq fond təşkil edilib.
Qeyd edək ki, zəhərli yosunlar ötən ilin oktyabrından bəri müşahidə edilir.
Gülşən
Şərhlər