Xəbər lenti

Yüksək çinli məmurun qızı xaricə qaçdı
Dünya 12:45 17.09.2013

Yüksək çinli məmurun qızı xaricə qaçdı

Şimali Koreyada yüksək çinli məmurun qızı Cənubi Koreyaya qaçıb.

Qaynar.info xəbər verir ki, 19 yaşlı Xan soyadlı qız (qızın adı açıqlanmır) Cənubi Koreyaya Çindən keçib.

"France-Presse" agentliyinin məlumatına görə, Cənubi Koreyaya qaçan qız Şimali Koreya İctimai Təhlükəsizlik Nazirliyinin yüksək çinli məmurunun qızı olub.

Qaçış mayda olsa, bu barədə xəbər yaxın vaxtlarda ortaya çıxıb. Cənubi Koreya xüsusi xidmət orqanları qızla danışaraq ondan lazımi məlumatlar alıblar. Lakin onun qaçışı ilə bağlı heç bir məlumat verilməyib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->