Xəbər lenti

Yüksək təzyiqi olanlar üçün ən yaxşı qida tapıldı
Sağlamlıq 20:18 18.08.2019

Yüksək təzyiqi olanlar üçün ən yaxşı qida tapıldı

İngilis dietoloqları mozzarella pendirini yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən yaxşı məhsul adlandırıblar.

Bu haqda "Medical Xpress” məlumat yayıb.  Süd məhsulları kalsiumla zəngindir, lakin onların bir çoxunun tərkibində yağ çoxdur, bəzilərində isə həddi duz var. Dietoloqların fikrincə, mozzarella pendiri ən yaxşı seçimlərdən biri hesab olunur, çünki bu məhsulun tərkibində duz və yağ azdır.

Hipertonik xəstələrin qida rasionlarına digər ağ pendir növləri, məsələn, feta və keçi pendiri də daxil etməsi məsləhət görülür. Bundan əlavə, az yağlı kəsmik də qan təzyiqini aşağı salır. (Moderator.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->