Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.APA-nın məlumatına görə, yığıncaqda MSK-nın 31 avqust tarixli iclasının protokolu təsdiqlənib.
İclasda seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarına dair MSK katibi Arifə Muxtarova, 30 saylı Suraxanı birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi haqda isə komissiya üzvü Şaitdin Əliyev məlumat veriblər.
Sonra MSK sədri Məzahir Pənahov prezidentliyə namizədliyi təsdiq edilmiş Zahid Orucun imza vərəqələri və zəruri sənədlərinin MSK-ya təqdim edildiyini deyib.
Qeyd edək ki, ümumilikdə indiyədək 22 nəfərin namizədliyi irəli sürülüb, onlardan 21 nəfərin namizədliyi təsdiqlənib. İlham Əliyev, Əhməd Oruc, İlqar Məmmədov (İlqar Altay), İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev, Ərəstun Oruclu, Elşən Həsənov, İsmayıl Yusifov, Qüdrət İsaqov, İlyas İsmayılov, İlqar Məmmədov (ReAL hərəkatı), Cəmil Həsənli, Sərdar Cəlaloğlu, Rauf Quliyev, Hidayət Rüstəmbəylinin namizədlikləri təsdiq olunub.
MSK İlham Əliyev və İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alıb.
“Milli Şura” Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədliyi təsdiq olunmayıb.
Bir nəfər - Əli İsa Ağaevli isə öz təşəbbüsü ilə namizədliyindən imtina edib.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
Qaynar.info
Şərhlər