Özbəkistanda dövlət müəssisələrinin işçiləri iş yerində hər gün gimnastika ilə məşğul olacaqlar.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkə prezidenti fərman imzalayıb. Fərmana əsasən, dövlət işçiləri həftədə 1 dəfə "Sağlamlıq günü"ndə, qaçış, futbol, basketbol, tennis, üzgüçülük kimi kütləvi tədbirlərdə iştirak etməlidir. Qərar həmçinin dövlət qurumları arasında yarışların keçirilməsini nəzərdə tutur.
Gülşən
Şərhlər