Çinin Sıçuan əyalətindəki Yəan şəhərində baş vermiş 7 bal gücündə zəlzələdə ölənlərin sayı 179-a çatıb, 6986 adam xəsarət alıb.
APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər uçqun altında sağ qalanların axtarışı üzrə əməliyyatı davam edir.
Onlara kömək məqsədi ilə hadisə yerinə on minlərlə hərbçi, polis və yanğınsöndürənlər göndərilib.
Qaynar.info
Şərhlər