Zinəddin Zidan Qətər milli komandasının baş məşqçisi olacaq.
Qaynarinfo İspaniyanın AS qəzetinə istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərə görə, Qətər milli komandası 4 illik müqavilə üçün Zidana 200 milyon avro ödəyəcək.
Beləliklə, 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında millinin başında Zinəddin Zidan olacaq.
Qeyd edək ki, xəbər təsdiqlənsə, Zidan futbol tarixinin ən çox maaş alan baş məşqçisi olacaq.
Şərhlər