Türkiyənin dövlət bankı olan "Ziraat Bank” 2020-ci ilin sonuna olan hesabatını açıqlayıb.
Valyuta.Az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, "Ziraat Bank”ın cəmi aktivləri 1 il ərzində 45 milyon 470 min manat artaraq 298 milyon 961 min manata yüksəlib. Artımın əsas payçısı isə bankın xalis kreditlərinartması olub. Belə ki, bankın verdiyi xalis kreditlərin həcmi 1 il ərzində 10 milyon 541 min manat artaraq 152 milyon 562 min manata çatıb.
Bankın depozit portfelinin 66 milyon 227 min manat artaraq 151 milyon 868 min manata çatması "Ziraat Bank”ın cəmi öhdəliklərinin artmasına səbəb olub. Belə ki, 2019-cu ilin sonu ilə müqayisədə bankın cəmi öhdəlikləri 42 milyon 535 min manat artaraq 224 milyon 830 min manata çatıb.
Bankın cəmi kapitalı 74 milyon 130 min manat olub ki, bu da 2019-cu ilin yekunu ilə müqayisədə 2 milyon 935 min manat və ya 4.1% çoxdur.
"Ziraat Bank”ın faiz gəliri 17 milyon 486 min manat, faiz xərcləri isə 5 milyon 998 min manat olub. Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlara 1 milyon 877 min manat ayıran bankın xalis faiz gəliri 9 milyon 610 min manat təşkil edib.
Bankın qeyri-faiz gəlirləri 6 milyon 703 min manat, qeyri-faiz xərcləri 10 milyon 509 min manat olduğuna görə bankın əməliyyat mənfəəti 5 milyon 804 min manata bərabər olub.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 3 milyon 165 min manat ayıran bankın vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəəti 2 milyon 639 min manat olub. Mənfəətdən 527 min manat vergi ödəyən bankın xalis mənfəəti 2 milyon 111 min manat olub ki, bu da 2019-cu ilin son rübü ilə müqayisədə 1 milyon 32 min manat və ya 32.8% azdır.
"Ziraat Bank”ın 2020-ci ilin sonunda tutumlardan sonrakı məcmu kapitalı 70 milyon 83 min manat olub.
Şərhlər