İdman 22:20 13.07.2020

"Zirə" daha 3 futbolçusu ilə yollarını ayırdı

"Zirə" daha bir neçə futbolçu ilə yollarını ayırdığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə 6 oyunçu ilə vidalaşdığını bəyan edib.

Onlardan Orxan Sadıqlı, Yovan Krneta və Miloş Bakraç bəlli idisə, həmin futbolçularla yanaşı, Tellur Mütəllimov, Boyan Zoqoviç və Şafik Tiqrudca da paytaxt təmsilçisi ilə vidalaşıb.

Qeyd edək ki, "Zirə" həmçinin Emil Balayev, Anastasios Papazoğlu, Alvaro Ampuero, Cavid Hüseynov və Adrian Skarlatakeni də yola salıb.