Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun Bakıya istintaqa çağrılması ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Z.Məmmədov Manşet.az-a açıqlama verib:
"Belə şey necə doğru ola bilər? Boş-boş xəbərlərdir. Bunun yayılmasında düşmən adamlar maraqlıdır. Onlar yazdırırlar. Belə şeylərə fikir vermək lazım deyil. 30 ildir ki, məndən cəfəngiyyat yazırlar".
Şərhlər