Xəbər lenti

Ölkə 17:15 09.11.2022

"Azərbaycançılıq ideologiyası dəmir yumruğa çevrilə bildi" - Vətən müharibəsinin iştirakçısı

"Bəzi xalqların genetik kodlarında qəhrəmanlıqlarla bağlı müəyyən əfsanələr var. Biz də isə bu gerçək bir əfsanə oldu, bir dəmir yumruq mifi yarandı, bu simvola çevrildi”.

Bu sözləri Qaynarinfo-ya 44 günlük Vətən müharibəsinin iştirakçısı, AYB-nin üzvü, şair Emin Piri deyib. 

"44 günlük müharibəyə qədər bizdə dəmir yumruğu adətən sadəcə güc simvolikası kimi anlayırdılar. Bəs 44 günlük savaşdan sonra nə dəyişdi? Dəmir yumruğun anlamı necə dərinləşdirdi? Dəmir yumruq təkcə dronlar, silahlar, döyüş amili deyil. Dəmir yumruğun içində ehtiva etdiyi amil həm də azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq ideyası sonda gəlib gücə çevrilə bildi. Məsələn, Səfəvilər dövlətini nümunə kimi göstərə bilərik ki, bizim ən böyük fəxarətli, şərəfli bildiyimiz tarixlərdən biridir. Azərbaycançılığın klassik variantı olan Qızılbaşlıq variantı var idi ki, həmin imperiya tərkibində yaşayan bütün xalqları, məzhəbləri özündə birləşdirdi və Səfəviləri qüdrətli bir dövlətə, imperiyaya çevirə bildi.  Müasir dövürdə isə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra azərbaycançılıq ideologiyası üst qata qalxdı və regionda müxtəlif xalqları, müxtəlif qüvvələri, müxtəlif dinləri birləşdirən bir ideoloji amilə çevrildi", deyə Emin Piri qeyd edib.

O əlavə edib ki, Heydər Əliyevin qoyduğu bu miras, azərbaycançılıq ideologiyası İlham Əliyevin dövründə də davam etdirildi: 

"İlham Əliyevin azərbaycançılıq ideologiyasına söykənən diplomatik gedişləri istər ordu quruculuğuna, istər diplomatik əlaqələrə təsir etdi, 44 günlük müharibə dövründə isə isə müxtəlif dövlətlərin sanksiya tətbiq etmək, blokada şəraiti yaratmaq istəyinə baxmayaraq, Azərbaycanı qoruya bildi. Və sonda bu azərbaycançılıq ideologiyası bildiyimiz dəmir yumruğa çevrilə bildi. Nəticədə Azərbaycan 30 ildir işğal olunmuş torpaqlarına qovuşdu.

Azərbaycançıılıq ideologiyası beyindirsə, dəmir yumruq qəlbdir, vuran yumruqdur. Biz qələbə deyərkən yalnız 2020-ci ildə qazandığımız zəfərlə sonuclanırıq. Ancaq bu dəmir yumruq mifi azərbaycançılıq ideologiyası ilə birlikdə hələ də davam etməkdədir. 2020-ci ildən bu yana Azərbaycanın zəfərləri hələ də davam edir".

Günay İlqarqızı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->