Alimlər arı populyasiyasının müharibələr, mikroplastiklər və işıq çirkliliyi kimi yeni təhlükələr səbəbindən yox olma riski ilə üzləşdiyini bildiriblər.
Qaynarinfo xəbər verir ki, Readinq Universitetinin rəhbərliyi ilə hazırlanmış yeni hesabatda, qarşıdakı 10 il ərzində tozlayıcı canlıların sayını azalda biləcək 12 yeni təhlükə müəyyən edilib.
Bu risklər arasında müharibələr, mikroplastik çirkliliyi, süni işıqlandırma, antibiotik qalıqları və pestisid qarışıqları ön plana çıxır. Məsələn, Ukraynadakı müharibə kimi qarşıdurmalar ölkələri daha az növdə məhsul yetişdirməyə məcbur edir. Bu da arıların mövsüm boyunca müxtəlif qida mənbələrinə çıxışını məhdudlaşdırır. Mütəxəssislər bu vəziyyətin arıların sayı üzərində birbaşa mənfi təsir yaratdığını vurğulayır.
Avropa üzrə sınaqdan keçirilmiş 315 arı koloniyasının əksəriyyətində PET kimi sintetik plastik qalıqlarına rast gəlinib. Alimlər qeyd edirlər ki, küçə işıqları gecə tozlayıcılarının çiçəkləri ziyarət etmə tezliyini 62 faiz azaldır. Antibiotik qalığı və kimyəvi pestisid qarışıqları isə arıların davranışlarını dəyişdirərək onların həyat dövrlərini təhlükəyə atır.
Hesabatda arıların qorunması üçün bəzi həll yolları da qeyd olunub. Bunlara antibiotik çirkliliyinə qarşı daha sərt qanunların qəbul edilməsi, hava çirkliliyini azaltmaq məqsədilə elektrikli nəqliyyat vasitələrinin yayılması və daha çox polen istehsal edən bitkilərin əkilməsi kimi tədbirlər daxildir.
Aydın
Şərhlər