Xəbər lenti

Vulkan püskürmələrindən əvvəl ağaclardakı dəyişiklik xəbərdarlıq siqnalı verir - NASA peykləri tapdı
Dünya 23:23 22.05.2025

Vulkan püskürmələrindən əvvəl ağaclardakı dəyişiklik xəbərdarlıq siqnalı verir - NASA peykləri tapdı

NASA alimləri vulkanların ətrafındakı ağacların, püskürmə baş vermədən əvvəl havaya yayılan karbon qazına reaksiya olaraq daha yaşıl və canlı hala gəldiyini müəyyən edib. 

Qaynarinfo xəbər verir ki, yeni araşdırma bu dəyişikliklərin artıq peyklər vasitəsilə kosmosdan izlənilə bildiyini ortaya qoyub.

Tədqiqatçılar bildiriblər ki, yer qabığına doğru yüksələn maqma karbon qazı buraxır. Bu qazı udan ağaclar isə sürətlə böyüyərək daha yaşıl yarpaqlara sahib olur. Bu "yaşıllaşma" peyklərlə aşkarlana biləcək qədər aydın vizual siqnal yaradır.

Məqsəd: qazı deyil, ağacları izləmək

NASA, Smitson İnstitutu, McGill Universiteti və Çapman Universitetindən mütəxəssislər bu yeni yanaşmada birbaşa karbon qazını ölçmək əvəzinə, ondan təsirlənən ağacların müşahidəsini prioritet hesab etdiklərini bildiriblər. Bu üsul həm təhlükəli bölgələrə getmədən məsafədən izləmə imkanı yaradır, həm də xərcləri azaldır.

Peyk analizləri ilə təsdiqləndi

"Etna" kimi aktiv vulkanların ətrafındakı ağaclar üzərində aparılan peyk müşahidələri, yarpaqlardakı rəng dəyişikliyinin doğrudan da maqma hərəkətləri ilə əlaqəli olduğunu sübut edib. 2025-ci ilin mart ayında keçirilmiş "AVUELO” missiyası çərçivəsində, Kosta Rikadakı aktiv vulkanların yaxınlığından yer səviyyəsində yarpaq nümunələri toplanıb və eyni anda karbon qazı səviyyələri ölçülüb.

Alimlər bu tədqiqatın həm ekologiya, həm də vulkanologiya sahəsində inqilabi nəticələr vəd etdiyini bildiriblər.

Bununla belə, mütəxəssislər bu üsulun hər yerdə işləmədiyini, çünki bütün vulkanların ətrafında meşəlik sahələrin olmadığını, iqlim, hava şəraiti, meşə yanğınları və ya bitki xəstəlikləri kimi amillərin də nəticələri təsirləyə biləcəyini vurğulayıblar.

NASA yetkililəri isə qeyd ediblər ki, ağaclardakı dəyişikliklər təkbaşına kifayət etməsə də, mövcud erkən xəbərdarlıq sistemlərini gücləndirən və əlavə siqnal təqdim edən önəmli bir vasitə rolunu oynaya bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->