Xəbər lenti

Bakının həm də mənzərəsi ilə valeh edən 5 restoranı (SİYAHI)
Ekonomiks 11:30 03.05.2022

Bakının həm də mənzərəsi ilə valeh edən 5 restoranı (SİYAHI)

Gərgin iş günündən sonra dincəlmək, ailə üzvləri və ya dostlarla yaxşı vaxt keçirmək üçün bəzən dadlı yeməkləri ilə yanaşı, gözəl mənzərəsi olan restoranlar da axtarırıq. 

Qaynarinfo həmin restoranlardan bir neçəsini təqdim edir.

 


Gözəl ab-hava, ləzzətli yeməklər və hər qonağı sevgiylə qarşılayan personal - "Teleqüllə" diqqət çəkən məkandır! 

Şəhərin ən hündür nöqtəsində yerləşən "Teleqüllə” restoranı 2008-ci ildən 175 metr hündürlükdə - Bakı Televiziya Qülləsinin 70-ci mərtəbəsində fəaliyyət göstərir. 

Restoranın əsas özəlliyi öz ətrafında dövr etməsidir. Belə ki, restoran 1 saat 20 dəqiqə ərzində 360 dərəcə tam dövr edir. Bu zaman şəhərin mənzərəsini hərtərəfli görmək olar. Restoranda yerli və xarici mətbəxin dadlı təamları servis olunur. Bura səhər və axşam yeməklərinin ən gözəl ünvanlarından biri hesab edilir. 

Ünvan: Bakı şəhəri, Akademik Abbaszadə küç. 2

Tel: 070 770 70 70

 


İstər yaşıl terras, istərsə də eleqant zal, istərsə də dəbdəbəli kabinetlər - "Manzara"nın hər yeri rahatdır.

Ötən əsrin 90-cı illərində Bakının əfsanəvi restoranı olan "Dostluq” (ДРУЖБА) bu yaxınlarda yeni dizayn və üslubda paytaxt sakinlərinin görüşünə gəlib. Dağüstü Parkdan Bakıya açılan ən gözəl panoramaya sahib olan restoranda siz bir-birindən fərqli, özəl təamlardan zövq ala bilərsiniz. Milli, türk və Avropa mətbəxinin ən ləziz yeməklərinin xüsusi tərtibatla təqdim olunduğu restoranda soyuq və isti içkilərlə yanaşı, müxtəlif alkoqollu içkilər də var. Siz Royalda ifa olunan canlı musiqinin sədaları altında keçmiş xatirələrinizi canlandırmaqla yanaşı, müasir Bakının ruhunu da hiss edə bilərsiniz.

Ünvan: Dağüstü Park, Lermontov küçəsi

Tel: (010) 316 00 01

 


Dadlı yeməklər və keyfiyyətli servisdən əlavə, həm də restoranın rahatlığı müştərilər üçün vacib kriteriyadır. Zeyd Restaurant-ın rahat və zövqlü dizaynı ilə sizin sevimli məkanınıza çevriləcək! Burada masaya gələn hər bir yemək xüsusi diqqət və qayğı ilə hazırlanır. Şəhərə açılan gözəl mənzərin müşayiəti ilə sizə yalnız onların nəfis dadından ləzzət almaq və vaxtınızı xoş keçirtmək qalır.

Burda da yerli və xarici mətbəxin yeməklərinin kefini çıxarda, həmçinin geniş çeşiddə soyuq və isti içkilər, fərqli şirniyyatlar dada bilərsiniz.

Ünvan: Heydər Əliyev prospekti 152, "Çinar Plaza", 28-ci mərtəbə

Tel: +994 70 720 30 20, (012) 404 87 66




Səmimi görüşlər üçün lazım olan- rahat məkan,gözəl mənzərə və dadlı təamlar. Həm də "Xəzər"in nəğməli ləpələrinin əhatəsində! Bura məhz "ADA" restoranıdır.

Milli və Avropa mətbəxi ilə zəngin olan restoranda öz məxsusi balıq yeməkləri seçilir. "Ada"nın usta şefi sizin nə sevdiyinizi yaxşı bilir. İncə qızardılmış, xırçıldayan balığın dadı kimsəni biganə buraxmayacaq. Hər gün saat 19:00 etibarən başlayan canlı musiqi saatları da yoğunluğunuzu qaldırmağa kömək edəcək.

Ünvan: Salyan şosesi 14/2, "By Green city Resort & Residence”

Tel: 077 277 56 56
 
5. "Come In" Club
 


Bakının möhtəşəm mənzərəsini "Come In”-in eyvanından seyr edə, istər məkanın, istər Bakının rəngli görüntülərindən zövq ala bilərsiniz. Canlı musiqi, ləziz təamlar, xoş ab-hava, şəhərə açılan möhtəşəm mənzərə- buranı xüsusən də axşamlar əvəzedilməz edir. Məkanda qiymətlər də daha münasibdir.

"Come In" həftə sonları üçün cəlbedici səhər yeməyi kampaniyaları da təklif edir.

Ünvan: Bayıl qəsəbəsi, Əlibəyovlar qardaşları 97

Tel: 050 291 09 15
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->